Bakıda kilosu 26 manata satılan yağdan sellofan çıxıb - VİDEO

"QayMaq Premium Qida" şirkətinin istehsal etdiyi kərə yağından sellofan çıxıb.

Jun 30, 2025 - 20:35
Jun 30, 2025 - 20:38
Bakıda kilosu 26 manata satılan yağdan sellofan çıxıb - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə oxu.az-a şikayət daxil olub.

Şikayətçi R.Axundovun sözlərinə görə, mütəmadi istifadə etdiyi kərə yağında sözügedən mənzərə ilə qarşılaşıb:

"22 aprel tarixində 30 ədəd 500 qramlıq yağ almışdım. Kərə yağlarını yavaş-yavaş istifadə edirdim. Qiyməti digər yağlardan baha olsa da, keyfiyyətinə güvənirdim. Sonuncu dəfə dörd gün öncə istifadə edəndə yağın ortasında nazik sellofan olduğunu gördüm. Əgər onu kəsmədən əridib yesəydim, sellofan yağa qarışacaqdı. Bu, insan sağlamlığı üçün təhlükədir. Şirkət nümayəndələri ilə əlaqə saxladım. Yalnız "bağışlayın" deyib məsələni ört-basdır etməyə çalışdılar. Məhsulun qiyməti 25-26 manat dəyərindədir. Geniş araşdırma aparılmasını tələb edirəm".