Səfirimiz Rusiya XİN-ə çağırıldı - Moskva həbslərə etiraz edir

Azərbaycanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Jun 30, 2025 - 20:10
Səfirimiz Rusiya XİN-ə çağırıldı - Moskva həbslərə etiraz edir

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, bu, Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə bağlıdır.

"Azərbaycanın səfiri Rəhman Mustafayev Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bakının qeyri-dost hərəkətləri və bütün bu illər ərzində Azərbaycan hakimiyyətinin heç bir şikayəti olmayan rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə əlaqədar Azərbaycan Respublikasının səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib.”, - nazirlikdən bildirilib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə saatdır Bakıdakı rus diplomatlarının Rusiya vətəndaşı olan jurnalistlərlə əlaqə saxlaya bilməməsindən narahatlığını bildirib. O qeyd edib ki, Rusiya səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarına jurnalistlərlə görüşə icazə verilmir və bu cür hərəkətlərin səbəbləri barədə məlumat verilmir.

Xatırladaq ki, Azərbaycan Daxili İşlər Nazirliyi "Sputnik Azərbaycan"informasiya agentliyinin ofisində əməliyyat keçirdiyini açıqlayıb . 

Oğuz