Bakıda təcili yardım motosikletə keçir - TƏBİB-dən YENİLİK
TƏBİB Bakıda təcili tibbi yardımın operativliyini artırmaq məqsədilə ölkədə ilk dəfə "Ambucycle" xidmət modelinin tətbiqinə başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, pilot layihə çərçivəsində xüsusi təlim keçmiş feldşerlərin idarə etdiyi, zəruri tibbi avadanlıqlarla təchiz olunmuş motosikletlər yol sıxlığının olduğu ərazilərdə hadisə yerinə daha qısa müddətdə çataraq ilkin tibbi yardım göstərəcək.
Motosiklet briqadası ürək-ağciyər reanimasiyası, defibrilyasiya, sınıqların immobilizasiyası və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirə biləcək. Zərurət yaranarsa, tamtəchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunmasını da koordinasiya edəcək.
TƏBİB bildirib ki, ilkin mərhələdə yalnız Bakıda tətbiq ediləcək layihənin nəticələri qiymətləndirildikdən sonra xidmət modelinin digər ərazilərdə də genişləndirilməsi nəzərdən keçiriləcək.
Aytən