"Monpelye"nin yetirməsi "Turan Tovuz"da - FOTO

"Turan Tovuz" daha bir transfer gerçəkləşdirib.

Jul 21, 2026 - 15:21
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Stiv Beusnardı heyətinə qatıb. “Monpelye”nin yetirməsi olan fransalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. 34 yaşlı futbolçu son mövsümdə Fransa Liqa 2-də “Pau” forması ilə 27 oyun keçirib. O, karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” kimi klubların formasını geyinib.

Qeyd edək ki, "Turan Tovuz" bunadək Dioqo Balau və Aleksey Kenyaykini də transfer edib.

Aytən

Fotoda Stiv Beusnard