Messi DÇ-2026-dan qovulur? - 2.5 milyon imza toplanıldı
Argentina millisinin Dünya Çempionatından kənarlaşdırılması tələbi ilə yaradılan petisiyanı indiyədək 2,5 milyondan çox insan imzalayıb.
SAVASHMEDIA.az xəbər verir ki, petisiya argentinaout.com saytında yerləşdirilib.
Petisiya müəllifləri hakimlərin və FIFA-nın Lionel Messi ilə Argentina millisinə xüsusi üstünlük verdiyini iddia edirlər.
Onların fikrincə, bəzi hakim qərarları Argentina yığmasının xeyrinə verilib və bu, turnirin ədalətliliyinə kölgə salıb. Buna görə də petisiyada Argentina millisinin Dünya Çempionatından kənarlaşdırılması və hakimliklə bağlı bütün qərarların araşdırılması tələb olunur.
Bununla belə, petisiyada səsləndirilən iddiaları təsdiqləyən hər hansı rəsmi sübut təqdim edilməyib.
Qeyd edək ki, petisiya hüquqi qüvvəyə malik deyil və onun milyonlarla imza toplaması FIFA-nın avtomatik şəkildə hər hansı qərar verməsi anlamına gəlmir.
Oğuz