Vəsiyyətnamə olmayanda ev kimə qalır? - İZAH

Bir çoxları hesab edir ki, vəsiyyətnamə olmadıqda ev avtomatik olaraq həyat yoldaşına və ya böyük övlada qalır. Lakin qanun fərqli qaydalar müəyyən edir.

Jul 13, 2026 - 21:34
Jul 13, 2026 - 21:35
Vəsiyyətnamə olmayanda ev kimə qalır? - İZAH

SAVASHMEDİA.az xatırladır ki, vəsiyyətnamə olmadıqda miras qanun üzrə bölüşdürülür. 

İlk növbədə mərhumun uşaqları, həyat yoldaşı və valideynləri varis sayılır və əmlak, bir qayda olaraq, onların arasında bərabər bölünür.

Əgər mərhumun övladı ondan əvvəl vəfat edibsə, onun payını nəvələri ala bilər. Vəfat edən şəxsinm uşaqları, həyat yoldaşı və valideynləri olmadıqda miras almaq hüququ qardaş, bacı, nənə və babalara keçir.

Mirası qəbul etmək istəyən şəxslər ölüm tarixindən etibarən 6 ay ərzində notariusa müraciət etməlidirlər. Bu müddətin ötürülməsi əlavə hüquqi prosedurlara səbəb ola bilər.

Bu səbəbdən hüquqşünaslar sonradan ailə üzvləri arasında mübahisələrin yaranmaması üçün imkan olduqda əvvəlcədən vəsiyyətnamə tərtib edilməsini tövsiyə edirlər.

Aytən