Evdə qeydiyyatda olmaq evə sahib olmaq deməkdirmi? - Qanun nə deyir?
Bəziləri hesab edir ki, hər hansı evdə qeydiyyatda olmaq həmin evə mülkiyyət hüququ verir. Əslində isə qanun bunu nəzərdə tutmur.
SAVASHMEDİA.az xəbər verir ki, qeydiyyat yalnız şəxsin həmin ünvanda yaşadığını təsdiqləyir və bu, evə sahiblik hüququ yaratmır.
Yəni, qeydiyyatda olan şəxs evi sata, bağışlaya və ya miras qoya bilməz. Mülkiyyət hüququ yalnız daşınmaz əmlakın rəsmi sahibi olan şəxsə məxsusdur və bu hüquq müvafiq dövlət qeydiyyatı ilə təsdiqlənir.
Bununla belə, evdə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması bəzi hallarda yalnız onun razılığı və ya məhkəmə qərarı ilə mümkün ola bilər. Xüsusilə azyaşlıların qeydiyyatdan çıxarılması üçün əlavə hüquqi tələblər mövcuddur.
Bu səbəbdən evdə qeydiyyatda olmaqla evin sahibi olmaq eyni anlayış deyil. Qeydiyyat yaşayış yerini göstərir, mülkiyyət hüququ isə əmlaka sahiblik və onun üzərində sərəncam vermək səlahiyyəti yaradır.
Aytən