Bakının bu rayonlarında köhnə binalar sökülür - KÜÇƏ ADLARI

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. 

Jun 25, 2025 - 13:48
Bakının bu rayonlarında köhnə binalar sökülür - KÜÇƏ ADLARI

Söküntü prosesinin həyata keçirilməsi üçün təhlil və texniki sənədlərin hazırlanması üzrə podratçı təşkilat artıq müəyyən edilib.

Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə "Archico Project" MMC arasında müqavilə imzalanıb.

Şirkət seçilmiş ünvanlarda söküntü işlərinin planlaşdırılması, texniki əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasını həyata keçirəcək.

Söküntü işlərinin nəzərdə tutulduğu təqribi ünvanlar bunlardır:

Sabunçu rayonu - Babək küçəsi ev 23, M.Frunze küçəsi ev 16, 6-cı Mədən küçəsi ev 38, Məmmədəliyev küçəsi ev 32,

Suraxanı rayonu - Xanlar Ələkbərov küçəsi ev 87,

Binəqədi rayonu - Ağa Nemətulla küçəsi, ev 13 və Dəmiryol küçəsi, ev 19.

Bu proseslər paytaxtda yaşayış təhlükəsizliyinin artırılması və köhnəlmiş tikililərin yenilənməsi məqsədilə həyata keçirilən genişmiqyaslı proqram çərçivəsində aparılır.