Bayden Rusiya ilə danışıqlara hazır olduğunu dedi

ABŞ prezidenti Co Bayden nüvə təhlükəsizliyi məsələlərini həll etmək üçün ölkəsinin ilkin şərt olmasdan Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazır olduğunu bildirib.

Oct 14, 2024 - 11:23
Bayden Rusiya ilə danışıqlara hazır olduğunu dedi

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti bunu builki Nobel Sülh Mükafatı laureatına ünvanladığı salamlama bəyanatında bildirib. 

Xatırladaq ki, 2024-cü il üzrə Nobel Sülh Mükafatı Yaponiyadakı nüvə bombasından sağ qalan “Nihon Hidankyo” təşkilatına verilib.

Bayden qeyd edib ki, dünyanın tam və əbədi olaraq nüvə silahlarından təmizlənə biləcəyi günə doğru irəliləməyə davam etmək lazımdır. Onun sözlərinə görə nüvə arsenallarının azaldılmasında irəliləyişə mane olmaq sadalanan ölkələr və dünya üçün əlverişli deyil.

“Bu nüvə riskləri bizim kollektiv şəkildə işlədiyimiz normaları və razılaşmaları pozur və bugünkü Nobel mükafatı laureatlarının həyati baxımından mühüm işlərinə ziddir”, - ABŞ prezidenti bildirib. 

Xatirə SADİQ