Bəşər Əsədin bu binaya görə Türkiyəyə borcu var imiş - Qəsdən ödəməyib

Rusiyada mühacir həyatı yaşayan Suriyanın keçmiş prezidenti Bəşər Əsədin borcu var imiş.

Nov 16, 2025 - 00:03
Bəşər Əsədin bu binaya görə Türkiyəyə borcu var imiş - Qəsdən ödəməyib

SAVASHMEDİA.az-ın xəbərinə görə, o, Suriyanın Ankaradakı səfirliyinin icarəyə götürdüyü binanın  icarə pulunu ödəməkdən imtina edib.

Bunu Suriyanın hazırkı Xarici işlər nazir Həsən Şeybani də etiraf edib. 

O, ölkəsinin Türkiyəyə səfir təyin edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən faktı təsdiqləyib:

“Suriyanın Ankaradakı səfirliyinin binası ilə bağlı anlaşılmaz durum yaranıb. Suriyanın keçmiş rejimi icarəni ödəmədiyinə görə biz həmin binanı itirmişik. Bununla bağlı Türkiyə hökuməti ilə danışıqlarımız davam edir. Türkiyədə Suriya səfirliyini açmağa yaxınıq".

Məlumata görə, Bəşər Əsəd icarə haqqını qəsdən ödəməyib.

Oğuz