"Biz Zelenskini sülh sazişinə məcbur etmirik" - Trampın xüsusi nümayəndəsi
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq heç kimin Ukrayna prezidenti Vladimir Zelenskini sülh razılaşmasına məcbur etməyəcəyini deyib.
SAVASHMEDİA.az "The Guardian"a istinadla xəbər verir ki, Kelloq əsas məqsədin Ukrayna üçün təhlükəsizlik təminatlarını təşviq etmək olduğunu bildirib.
O, daha sonra əlavə edib ki, Vladimir Zelenski ilə görüş planlaşdırıb.
Bundan əvvəl Ukrayna prezidenti bəyan edib ki, o, Ukraynanın iştirakı olmadan ABŞ və Rusiya arasında bağlanacaq hər hansı sazişi qəbul etməyəcək.
Oğuz