"Onların bu masada nə işi var, niyə dəvət edək?" - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın Ukrayna üzrə danışıqlar prosesində iştirakını şərh edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, Serbiyanın xarici işlər naziri Marko Curiçlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Mən onların danışıqlar masası arxasında nə edəcəklərini bilmirəm. Onların həmin masada nə işi var? Əgər onlar öz adət-ənənələrinə, xarakterlərinə və vərdişlərinə görə müharibənin davamını düşünərkən, münaqişənin dondurulması ilə bağlı bəzi hiyləgər fikirlər səsləndirəcəklərsə, onları ora dəvət etmək nəyə lazımdır?” – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri deyib.
Yağmur