BMT 500 illik dünya xəritəsini niyə dəyişir? - İndiyə qədər səhv bilmişik, sən demə...
Birləşmiş Millətlər Təşkilatının (BMT) gündəmə gətirdiyi xəritə dəyişikliyi təşəbbüsü dünya mətbuatında böyük rezonans doğurub.
SAVASHMEDİA.az xəbər verir ki, bu dəyişiklik ölkələrin siyasi və ya coğrafi sərhədlərinin yenidən çəkilməsi ilə bağlı deyil.
Məqsəd yüzilliklərdir istifadə olunan ənənəvi xəritə proyeksiyasındakı coğrafi ölçü təhriflərini aradan qaldırmaq və qitələrin həqiqi sahələrini əks etdirməkdir.
Xatırladaq ki, 1569-cu ildən istifadə olunan Merkator xəritəsində ekvatordan uzaqda yerləşən ərazilər süni şəkildə böyük görünür. Nəticədə Qrenlandiya ilə Afrika qitəsi eyni ölçüdə təsvir olunsa da, real sahəsinə görə Afrika Qrenlandiyadan 14 dəfə böyükdür.
BMT Afrika ölkələrinin müraciəti ilə qitələrin həqiqi sahələrini göstərən "Equal Earth" (Bərabər Dünya) xəritəsinə keçilməsini tövsiyə edib.
BMT Baş Assambleyasında keçirilən səsvermədə 164 ölkə lehinə səs verdiyi halda, ABŞ təkbaşına "əleyhinə" səs verən yeganə ölkə olub.
Tramp administrasiyası bu addımı vaxt və resurs itkisi adlandıraraq, xəritə dəyişikliyinin real dünyadakı geopolitik və iqtisadi reallıqları dəyişmədiyini bəyan edib.
Aytən