İlin ən “kökəldən” ayları - Çəki niyə məhz bu dövrdə artır?
Tədqiqatlar göstərir ki, ilin ən çox çəki alınan dövrü oktyabr-yanvar aylarıdır.
SAVASHMEDİA.az havanın soyuması və geyimlərin qalınlaşması ilə başlayan bu prosesin əsas bioloji və psixoloji səbəblərini araşdırıb.
Beləliklə həmin səbəblər aşağıdakılardır:
Hormonal dəyişikliklər: Günəş işığının azalması serotonin ("xoşbəxtlik hormonu") səviyyəsini düşürür. Beyin bu əskikliyi bərpa etmək üçün xəmir yeməkləri və şirniyyata tələbatı artırır. Qaranlığın uzanması ilə artan melatonin ("yuxu hormonu") isə halsızlıq yaradır.
Təkamül instinkti: İnsan orqanizmi soyuq aylarda özünü qorumaq üçün təbii olaraq "yağ toplamaq" rejiminə keçir.
Fiziki aktivliyin düşməsi: Soyuq və yağışlı hava açıq havada gəzintiləri məhdudlaşdırır, evdə passiv vaxt keçirmək artır.
Qidalanma vərdişləri və bayramlar: Yaydakı yüngül salatları ağır, xəmirli və yağlı yeməklər əvəz edir. Yeni İl kimi bolluq tələb edən bayram süfrələri də artıq kaloriləri sürətləndirir.
Çəkini nəzarətdə saxlamaq üçün nə etməli?
D vitamini və su: Günəşsizlikdən yaranan D vitamini əskikliyini bərpa edin və susuzluğu aclıqla səhv salmamaq üçün kifayət qədər su içimini davam etdirin.
Lifli qidalar: Balqabaq, çuğundur, kələm və brokkoli kimi mövsümi tərəvəzlərlə toxluq müddətini uzadın.
Qısa idmanlar: Ev şəraitində gündəlik 20-30 dəqiqəlik yüngül hərəkətlərlə metabolizmi oyaq saxlayın.
Aytən