Özgür Özəli vuran şəxsin qardaşı danışdı - Sinan Oğanın partiyasındandır

CHP sədri Özgür Özələ yumruq vuran Səlcuq Təngioğlunun böyük qardaşı Davud Təngioğlu açıqlama verib. 

May 4, 2025 - 16:35
Özgür Özəli vuran şəxsin qardaşı danışdı - Sinan Oğanın partiyasındandır

SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Davud Təngioğlu qardaşının 20 il əvvəl övladlarını öldürdüyünü, psixoloji problemlərinin olduğunu və illərdir görüşmədiklərini bildirib. 

Mətbuatın yazdığına görə, Davud Təngioğlu İzmirdə yaşayır. O, əvvəllər Alparslan Türkeşin cangüdəni olub. 2022-ci ildə Zəfər Partiyasının sədri Ümit Özdağ Davud Təngioğluya partiya nişanını təqdim edib. 

2024-cü ildən isə Sinan Oğanın rəhbərlik etdiyi Türkiyə Alyans Partiyasının üzvüdür.

Xatırladaq ki, Səlcuq Təngioğlu bu gün Türkiyə Milli Məclisinin (TBMM) spikeri, DEM partiyasının İstanbuldan seçilmiş millət vəkili Sırrı Süreyya Öndərin vida mərasimində CHP sədri Özgür Özələ hücum edib.

Banu