CHP sədrinə hücum edən şəxs DANIŞDI - "Yemək kartına görə vurdum" + FOTOLAR
CHP sədri Özgür Özələ hücum etdiyinə görə saxlanılan Səlcuq Təngioğlu ifadə verib.
SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 66 yaşlı Təngioğlu Özəli yemək kartına görə vurduğunu bildirib:
“Əvvəllər yemək kartı almaq üçün CHP-yə müraciət etmişdim. Lakin partiya üzvü olmadığıma görə mənə yemək kartı vermədilər. CHP-nin gəncləri aksiyalara çağırmasına əsəbiləşmişdim. Özəli görəndə isə özümü saxlaya bilmədim və hücum etdim”.
Xatırladaq ki, S.Təngioğlu 2004-cü ildə 17 yaşlı qızı Mutlu və 19 yaşlı oğlu Barışı qətlə yetirib, digər övladı Gülşahı yaralayıb. Üçüncü qızı Yasəmən isə özünü ikinci mərtəbədən ataraq sağ qalıb.
Təngioğluna ömürlük həbs cəzası verilib, lakin 2020-ci ildə şərti azadlığa buraxılıb.
Banu