“Sevinmək lazımdır ki, Keosayan gəbərdi” - Dmitri Qordon
Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon erməniəsilli rejissor Tiqran Keosanyanın ölümü ilə bağlı rusiyalı həmkarı Viktor Şenderoviçin cavabını verib.
SAVASHMEDİA.az xəbər verir ki, Qordon bu barədə jurnalist Vasili Qolovanovla birgə strimdə danışıb.
“Əziz Viktor Şenderoviç, sevinmək lazımdır ki, Keosayan gəbərdi!”, - deyə Qordon vurğulayıb.
O, bildirib ki, Keosayanın ölməsi, Simonyanın ölməyə hazırlaşması, Solovyovun, Popovla Skabeyevanın və digər alçaqların vaxtından əvvəl ölməsi normadır.
“Bunda ziddiyyətli heç nə yoxdur. Viktor Şenderoviç deyəndə ki, Keosayanın ölümünə sevinmək mənəviyyata sığırmı? Mən ona cavab verəcəyəm: əziz Viktor, təkcə mənəviyyata sığmır, həm də gözəldir. Mən Keosayanın ölümünə şadam, Simonyanın da ölümünə şad olacağam və Solovyovla Skabeyevanın da ölümünə şad olacağam. Əlbəttə, şadam”, - Dmitri Qordon vurğulayıb.
Ukraynalı jurnalist Viktor Şenderoviçi günahsız yerə, o cümlədən həmin alçaqların təbliğatı ilə ölkəsində rus dronları və raketləri ilə öldürülən mülki insanlara – yaşlılara, uşaqlara, gənclərə görə kədərlənməyə çağırıb: “Onlar üçün həyəcan keçirmək lazımdır”.
Xatirə SADİQ