BMT hərbi əsirlərin videosunun dərcinə qarşı çıxdı

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Ukraynadakı rus əsirlərinin videosunun dərcindən narahatlığını ifadə edib. 

Jul 1, 2025 - 12:45
BMT hərbi əsirlərin videosunun dərcinə qarşı çıxdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə BMT ofisi rəhbərinin iyunun 30-da dərc olunmuş hesabatında deyilir. 

Söhbət Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən və ukraynalı hərbçilər tərəfindən əsir götürülən Çin və KXDR döyüşçüləri ilə iyunun 27-də “Yaşamaq istəyirəm” layihəsi tərəfindən dərc edilmiş materiallardan gedir. 

Bəyanatda qeyd olunur ki, onlar əsirlərin foto və videolarının, xüsusən də Ukrayna KİV-lərində və digər resurslarda dərc olunduğu bir çox hallar aşkar ediblər.

“Beynəlxalq humanitar hüquq hərbi əsirləri ictimai inkvizisiyadan, o cümlədən hərbi əsirlərin şəkillərinin, sorğu-sual qeydlərinin və istənilən digər şəxsi məlumatların açıqlanmasından qoruyur”, - hesabatda vurğulanır. 

Qeyd edilib ki, əsirlərin ifşa edilməsi “ölkələrinə qayıtdıqdan sonra onların həyatlarını təhlükə altında qoya və ya ailələrinə mənfi təsir göstərə bilər”. Nəzərə çatdırılıb ki, ən azı beş əsir evə qayıtdıqları təqdirdə işgəncə və ya həbsdən qorxduqlarını etiraf ediblər.

Xatirə SADİQ