Boris Conson II Yelizavetanın sirrini açdı

“Kraliça II Yelizaveta həyatının son illərində sümük xərçəngindən əziyyət çəkirdi”.

Sep 30, 2024 - 23:58
Boris Conson II Yelizavetanın sirrini açdı

SAVASHMEDİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson xatirələrində yazıb.

Kraliça ilə son görüşünü xatırlayan Conson bildirib ki, o, solğun və əyilmiş görünürdü, qollarında və biləklərində, ehtimal ki, inyeksiya nəticəsində tünd qançırlar vardı.

Conson əlavə edib ki, rəsmi məlumatları almazdan öncə II Yelizaveta ona tez-tez nəsə deyirdi. O, buna nümunə kimi Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin təyyarədaşıyandan düşməsini göstərib.
 
Qeyd edək ki, Boris Consonun “Unleashed” memuarının 2024-cü ilin oktyabrında nəşri nəzərdə tutulur.
Xatırladaq ki, II Yelizaveta 2022-ci ilin sentyabrında 96 yaşında vəfat edib. 

Xatirə SADİQ