Aşıq Namiq efirdə aparıcı ilə dalaşadı - Mənə niyə "müəllim" demirsən? + VİDEO
Canlı efirdə aşıq Namiqlə aparıcı Zaur Nəbioğlu arasında gərgin anlar yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, gərginliyə səbəb aparıcının sənətçiyə "müəllim" deyə müraciət etməməsi olub.
Aşıq Namiq buna etiraz edərək illərdir tələbələr yetişdirdiyini, buna görə də bu ada tam layiq olduğunu bildirib. O, hətta özünə "ustad" deyə müraciət edilməsini tələb etdiyini vurğulayıb.
Verilişdə tərəflər arasında baş verən dialoq izləyicilərin diqqətini çəkib və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Aytən