Braziliyada G20-nin sammiti başladı

Bu gün Rio-de-Janeyroda G20 ölkələrinin ikigünlük sammiti öz işinə başlayıb.

Nov 18, 2024 - 17:21
Braziliyada G20-nin sammiti başladı

SAVASHMEDİA.az xəbər verir ki, tədbir Müasir İncəsənət Muzeyində (MAM) keçirilir.

Braziliya Müdafiə Nazirliyi tədbirin təhlükəsizliyini təmin etmək üçün 9000 hərbçini səfərbər edib.

Rio sammitinə G20-yə daimi üzv olan bütün ölkələrin liderləri, eləcə də Anqola, Boliviya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya və Vyetnam da daxil olmaqla digər ölkələr dəvət olunub. Onların arasında ABŞ prezidenti Co Bayden, Çin prezidenti Si Cinpin, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, eləcə də BMT-nin baş katibi Antonio Quterreş də var. 

Braziliya prezidenti Luis İnasiu Lula da Silvanın sözlərinə görə, tədbirdə ümumilikdə 42 ölkə iştirak edəcək. 

Braziliya yoxsulluq və bərabərsizliyə qarşı mübarizəni, enerji keçidini və beynəlxalq institutların islahatlarını (BMT, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatı daxil olmaqla) G20-yə sədrliyinin mərkəzi mövzuları kimi seçib. 

Xatirə SADİQ