"Rafet istəyirdi ki, adı mənimlə hallansın, imkan vermədim" - Pərvin Abıyeva  + VİDEO

"Mən Türkiyədə təhsil alanda bir neçə menecerdən təklif gəldi. Sadəcə, təklifdə olan bəzi maddələr məni qorxutdu".

Nov 18, 2024 - 17:36
"Rafet istəyirdi ki, adı mənimlə hallansın, imkan vermədim" - Pərvin Abıyeva  + VİDEO

SAVASHMEDIA.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Pərvizə görə" verilişində deyib. 

Sənətçi Türkiyədə niyə müqavilə bağlamamasının səbəblərindən də danışıb: 

"Beş illik müqavilədir, o müddət ərzində onlar nə istəsə, onu etməlisən. Azadlığıma önəm verən insanam. Tez-tez ölkəmə gedib-gəlmək istəyirəm, buna icazə vermirlər. Onların istədiyi kimi həyatını qurmalısan. Türkiyə şou-biznesindəki populyarların həyatının çoxu yalandır. Məsələn, iki məşhur sima guya sevgilidir, lakin əslində belə deyil. Biri digərini məşhur etmək üçün pul alır. Mənə o vaxt demişdilər ki, gəl, səni filankəslə sevgili edək, elə bilsinlər ki, sevgilisiniz. Rafet El Roman deyil, başqası idi. Əslində Rafet özü istəyirdi ki, adı mənimlə hallansın. Mən də söhbətdən elə çıxdım ki, alındıra bilmədi. Doğru üzə çıxacaq, yalandan insanlara niyə bunu göstərim ki?".

Yağmur