Evdəki bu köhnə cihazların tərkibində qızıl var imiş - ATMAYIN

İllər öncə bahalı qiymətə alınan elektron cihazlar istifadəyə yararsız hala düşdükdə çox vaxt düşünmədən tullayırıq. Lakin bu, ciddi maliyyə itkisinə səbəb ola bilər.

May 19, 2025 - 09:58
Evdəki bu köhnə cihazların tərkibində qızıl var imiş - ATMAYIN

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bir çox elektronik cihazda dəyəri kifayət qədər yüksək olan 22 əyar qızıl tapmaq mümkündür.

Adətən elektronika deyəndə ilk ağla gələnlər mobil telefon, kompüter və televizor olur. Lakin tərkibində qızıl olan cihazlar bunlarla məhdudlaşmır – soyuducu, paltaryuyan, qabyuyan, fen, uzaqdan idarəetmə pultları və audio sistemlər də bu siyahıya daxildir.

Xüsusilə ana platalar, yəni cihazların əsas idarəetmə lövhələri az miqdarda olsa da, qızıl ehtiva edir. Bu hissələrdən qızılı əl üsulu ilə çıxarmaq çətin olsa da, təkrar emal müəssisələri vasitəsilə bu proses həyata keçirilə bilər.

Ekspertlər bildirirlər ki, bəzi xırdavatçı və elektronik hissə toplayıcıları bu cihazları alaraq, qızıl hissələri ayırır və bununla yüksək gəlir əldə edirlər.

Əgər evinizdə artıq işləməyən cihazlar varsa, onları tullamaq əvəzinə, təkrar emal mərkəzlərinə vermək həm ətraf mühitə faydalı olar, həm də sizə maddi qazanc gətirə bilər.