Afina Rusiyadan neft daşınmasına əngəl olmağın yolunu tapıb

Yunanıstan Hərbi Dəniz Qüvvələri Lakoniya körfəzində bir sıra dəniz təlimlərinin müddətini daha 4 ay uzadıb.

Nov 18, 2024 - 17:18
Afina Rusiyadan neft daşınmasına əngəl olmağın yolunu tapıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Hərbi təlimlər noyabrın 15-də başa çatmalı idi, lakin indi martın ortalarına qədər davam edəcək.

Lakoniya körfəzi treyderlərin Avropa İttifaqının (Aİ) Rusiya Federasiyasına qarşı sanksiyalarından yan keçmək üçün istifadə etdikləri bir sıra həll yollarından birinə çevrilib. 

Buna görə Yunanıstan may ayından bəri kommersiya gəmilərinin ölkəyə girişini qadağan edərək, bölgədə dəniz təlimləri keçirəcəyini açıqlamışdı.

Yunanıstan hökuməti əvvəllər iddia edirdi ki, təlimlər yüklərin daşımasının dayandırılmasına yönəldirilib, çünki onlar gəmiçilik üzrə büynəlxalq nəzarət orqanlarının fikrincə, dənizdə təhlükəsizlik üçün risklidir. 

Xatirə SADİQ