Brotislava II Ukrayna Sülh Sammiti keçirmək istəyir 

Rusiya və Ukrayna arasında sülh prosesinə Slovakiya fəal töhfə verməyə hazırdır və danışıqlar üçün öz platformasını təklif edib. 

Dec 27, 2024 - 13:27
Brotislava II Ukrayna Sülh Sammiti keçirmək istəyir 

SAVASHMEDİA.az Slovakiya teleradiosuna (STVR) istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Yuray Blanar bildirib.

“Slovakiya ardıcıl olaraq sülh yolu ilə həll yollarının tərəfdarıdır və istənilən sülh təşəbbüslərini dəstəkləyir. Buna görə də bu il İsveçrədə keçirilən sülh sammitində iştirak etdim. Bütün iştirakçılar hökumətimizin nəyi müdafiə etdiyi, gələcək sülh danışıqlarının bütün tərəflərin və deməli, Rusiyanın da iştirakı ilə aparılmalı olduğu barədə razılığa gəldilər”, - deyə o, əlavə edib. 

Nazirin sözlərinə görə, ikinci sammitə hazırlıq müxtəlif səviyyələrdə aparılacaq.

Slovakiyanın bu cür danışıqlar üçün öz platformasını təklif etdiyini dəfələrlə bildirdiyi barədə suala cavabında Blanar deyib ki, bu kontekstdə biz sülh danışıqlarının bir hissəsinin Slovakiyada keçirilə biləcəyini etiraf edən Rusiya prezidentinin bəyanatını müsbət siqnal kimi qiymətləndirirlər.

O, əlavə edib ki, Slovakiya hökuməti oktyabrın əvvəlində Ujqorodda hökumətlərarası birgə iclas zamanı bu imkanı ukraynalı tərəfdaşlarına çatdırıb. 

Dekabrın 26-da Kreml rəhbəri Vladimir Putin bildirmişdi ki, Slovakiya   Ukraynadakı müharibə ilə bağlı danışıqlar üçün platforma təqdim etməyə hazırdır və Rusiya bunun əleyhinə deyil. Amma, eyni zamanda, Kreml rəhbəri demişdi ki, 2025-ci ildə Rusiya Ukrayna müharibəsində bütün məqsədlərinə nail olmağa davam edəcək və bu, təxirəsalınmaz vəzifədir.
  
Xatirə SADİQ