Bu da Ramiz Mehdiyevin Novxanıdakı məşhur villası - VİDEO

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığını harada çəkəcəyi ilə bağlı müzakirələr qızışıb.

Oct 16, 2025 - 16:49
Bu da Ramiz Mehdiyevin Novxanıdakı məşhur villası - VİDEO

SAVASHMEDİA.az-ın xəbərinə görə, bəziləri onun cəzasını uzun illər yaşadığı Novxanıdakı məşhur və dəbdəbəli villasında çəkəcəyini proqnozlaşdırır.

Bu gün yayılan xəbərlərdə isə onun cəzasını çəkmək üçün Dənizkənarı Bular ərazisində ev axtarışına çıxdığı iddia olunub.

Məlumata görə, həkimlər 87 yaşlı Ramiz Mehdiyevə dəniz havasının vacib olduğunu deyiblər.

Odur ki, Ramiz Mehdiyev Novxanıdalə villanın istisna ediləcəyi təqdirdə, bulvar ərazisindəki mənzilə köçməyi planlaşdırır.

Bu, həmin villadır ki, ölkədə sərt karantin rejimi tətbiq edildiyi, insanlar pandemiya ilə mübarizə apardığı vaxtlarda Mehdiyev ailə üzvlərini və klanına daxil olanları orada başına toplayaraq nəvəsinə toy etmişdi. 

Oğuz

Həmin villanın görüntülərini təqdim edirik:

Qeyd: Video qafqazinfo-ya məxsusdur