Baş nazir iki etimadsızlıq səsverməsinin şokunu yaşadı - Fransada
Fransanın yenidən baş naziri vəzifəsinə təyin edilmiş Sebastyan Lekornü bu gün Milli Assambleyada ardıcıl iki dəfə keçirilən etimadsızlıq səsverməsinin həyəcanını yaşayıb.
SAVASHMEDİA.az bu barədə “France24”-ə istinadən xəbər verir.
Lekornünün dadına sosialistlər çatıb. Məlum olub ki, baş nazir qeyri-populyar pensiya islahatının təxirə salınması ilə bağlı Lekornü ilə razılığa gəliblər.
Sol partiyaların hökumətin istefasını tələb edən ilk təklifi tələb olunan 289 səsi toplamayıb. Bu təklifi 271 deputat dəstəkləyib.
Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı “Milli Birlik” partiyasının təşəbbüsü ilə irəli sürülən ikinci təklif isə cəmi 144 səs ala bilib.
Səlcuq