Tramp Putindən buna görə küsübmüş - Hər şey Alyaskadan başlayıb + DETALLAR
ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyinin dəyişməsi getdikcə daha çox nəzərə çarpır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” yazır.
Nəşrin mənbələri qeyd edir ki, Trampın Ukraynaya daha çox meyl göstərməsinin səbəblərindən biri onun rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada keçirdiyi birgə sammit olub. Ukraynada hər gün onun əmri ilə ordusunun hərbi cinayətlər törətməsinə baxmayaraq, Tramp Alyaskada həmkarını dostcasına qarşılamış, onun qarşısında qırmızı xalı saldırmışdı.
Putin Birləşmiş Ştatlarda suveren Avropa ölkəsini işğal edən yaramaz dövlətin lideri kimi deyil, bir dost kimi qarşılandı. Bütün bunların hamısı heç bir böyük güzəştə və ya atəşkəsə razılaşmadan baş verdi.
Lakin Trampın birgə mətbuat konfransında Rusiya liderinin minlərlə insanın həyatını xilas etməyə can atdığımı deməsinə baxmayaraq, Putin atəşkəslə razılaşmadan Ankorici tərk etdi.
Xarici siyasət üzrə respublikaçı insayderlərindən birinin sözlərinə görə, Alyaska görüşündən sonra Putin insan həyatı üçün heç bir qayğı göstərmədi və Ukraynada mülki hədəflərə davam edən zərbələr Trampın mövqeyini dəyişməsində mühüm rol oynadı.
“Putinin əslində kim olduğunu anlamaq üçün Trampa vaxt lazım idi”, - mənbə nəşrə bildirib.
O, həmçinin qeyd edib ki, Tramp mediada sammitin işıqlandırılmasından, xüsusilə də onu “Putinin zəfəri” adlandıran yazılardan qəzəblənib.
Eyniz zamanda Trampın bəyəndiyi Avropa liderləri Oval kabinetdə Zelenski ilə baş vermiş qızğın mübahisədən sonra Amerika və Ukrayna prezidentləri arasında yaranmış gərginliyi sakitləşdirməyə çalışıblar. Respublikaçı insayder bu prosesdə Britaniyanın baş naziri Kir Starmer, Finlandiya prezidenti Aleksandr Stubb, NATO-nun baş katibi Mark Rutte və Starmerin milli təhlükəsizlik müşaviri Conatan Pauelli əsas fiqurlar kimi qeyd edib.
O, həmçinin bildirib ki, Böyük Britaniya kralı Çarlzın “Trampa Ukraynanın böyük ölkə olduğunu söyləməsi əsas dəlil oldu və bu, Trampın Ukrayna ilə bağlı fikrini həqiqətən dəyişdirdi”.
İnsayder həmçinin Zelenskini Trampla münasibətləri üzərində çox işlədiyinə və sonrakı bəyanatlarında diqqətli olduğuna görə yüksək qiymətləndirib.
“Anlamalısınız ki, müharibə başlayandan bəri Zelenski və Yermak öyrəşmişdilər ki, onlara rok-ulduzlar, dünya məşhiurları kimi münasibət göstərilirdi. Sonra isə peyda olur və deyir: “Burada yalnız bir məşhur – mənim üçün yer var”. Buna görə də Oval kabinetdə partlayış baş verdi. Trampla getdikcə daha dostcasına keçən görüşlər buna sübutdur, ən səmimisi isə ötən ay BMT Baş Assambleyasının kuluarlarında Trampın Ukrayna liderini “cəsur insan” kimi tərifləməsi zamanı baş tutdu”, - insayder vurğulayıb.
Mənbə digər amillərlə yanaşı, Çinin keçən ay Putin və Şimali Koreya lideri Kim Çen Inı qəbul etməsini də sadalayıb: “Trampın fikrincə, Putindən qisas almağın ən yaxşı yolu Zelenskini tərifləməkdir”.
Xatırladaq ki, avqustun 15-də Putinlə Alyaskada görüşündən sonra Amerika prezidenti Ukraynadakı müharibəni həll etmək istəmədiyinə görə getdikcə daha çox Rusiyanı açıq şəkildə tənqid etməyə başlayıb.
Aytən İbrahimova