II Qareginin qardaşı KQB agentidir - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, bu gün erməni apostol kilsəsində katolikos yoxdur.

Nov 6, 2025 - 15:27
II Qareginin qardaşı KQB agentidir - Paşinyan

SAVASHMEDİA.az xəbər verir ki, Paşinyan bunu jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Əgər Ktriç Nersisyanın övladı varsa və o uşaq subaylıq andını içdikdən sonra dünyaya gəlibsə, o, bütün ermənilərin katolikosunun taxt-tacını tuta bilərmi? Niyə Ermənistanda bu sual qaldırılmır? Ktriç Nersisyan katolikos deyil”, - Baş nazir bildirib.

Paşinyan deyib ki, arxiyepiskop Ezras Nersisyan KQB agentidir:

“Dərc edilmiş faktlar və sənədlər onun Sovet İttifaqı dövründə KQB agenti kimi işə götürüldüyünü açıq şəkildə göstərir və bu, faktdır”.