Bu ərazilərdə də su olmayacaq - Ünvanlar

Daha bir magistral su xəttində qəza baş verib.

Jun 18, 2025 - 13:23
Bu ərazilərdə də su olmayacaq - Ünvanlar

SAVASHMEDİA.az xəbər verir ki, qəza ilə bağlı Naxçıvanda bir sıra məhəllələri susuz qalacaq.

Məlumata görə, şəhərin Qoçüstü məhəlləsi, B.Abbasov küçəsi, Çənlibel məhəlləsi,Tumbul kəndi və bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar iyunun 18-i saat 14:00-dan bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər bu gün ərzində yekunlaşacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.