Bu ilin ən çox qazanan 10 futbolçusu - ADLAR

"Forbes" jurnalı 2025-ci il üzrə dünya futbolunda ən yüksək gəlir əldə edən oyunçuların adlarını açıqlayıb.

Dec 28, 2025 - 01:09
Bu ilin ən çox qazanan 10 futbolçusu - ADLAR

SAVASHMEDİA.az xəbər verir ki, siyahının zirvəsində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştiano Ronaldo yer alıb. Portuqaliyalı ulduz il ərzində ümumilikdə 280 milyon dollar gəlir əldə edib.

İkinci pillədə MLS təmsilçisi "İnter Mayami"nin formasını geyinən Lionel Messi qərarlaşıb. Argentinalı futbolçunun illik qazancı 130 milyon dollar təşkil edib. İlk üçlüyü isə 104 milyon dollar gəlirlə "Əl-İttihad"ın hücumçusu Kərim Benzema tamamlayıb.

"Forbes"in siyahısına görə, 2025-ci ilin ən çox qazanan futbolçuları bunlardır:

1. Kriştiano Ronaldo (“Əl-Nəsr”) - 280 milyon avro
2. Lionel Messi (“İnter Mayami”) - 130 milyon avro
3. Kərim Benzema (“Əl-İttihad”) - 104 milyon avro
4. Kilian Mbappe (“Real”) - 95 milyon avro
5. Erlinq Haaland (“Mançester Siti”) - 80 milyon avro
6. Vinisius Junior (“Real”) - 60 milyon avro
7. Məhəmməd Salah (“Liverpul”) - 55 milyon avro
8. Sadio Mane (“Əl-Nəsr”) - 54 milyon avro
9. Cud Bellinqem (“Real”) - 44 milyon avro
10. Lamin Yamal (“Barselona”) - 43 milyon avro

Səlcuq