Bu, körpələrə zərər verir - Süd verən analara XƏBƏRDARLIQ!

Həddindən artıq kofein qəbulu böyüklərlə yanaşı körpələrə də zərər verir.

Mar 11, 2025 - 23:51
Bu, körpələrə zərər verir - Süd verən analara XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az bildirir ki, mütəxəssislər bununla bağlı süd verən analara xəbərdarlıq ediblər. Əmizdirən anaların gündə 200-300 mq kofein qəbulunu (təxminən 1-2 fincan qəhvə) keçməsi körpələrin səhhətində ciddi problemlərin yaranmasına səbəb olur.

Yuxusuzluq

Kofein mərkəzi sinir sistemini stimullaşdırır və körpələrdə yuxusuzluğa, tez-tez oyanmaya və nizamsız yuxu dövrlərinə səbəb olur. Körpə bədəni kofeindən böyüklər qədər tez təmizlənmədiyinə görə təsir uzun müddət davam edir.

Narahatlıq 

Həddindən artıq kofein qəbul edən körpələr əsəbi olur və çox ağlayırlar.

Həzm problemləri və köp

Bəzi körpələrdə həddindən artıq kofein istehlakı köp, mədə narahatlığı və ya reflü kimi problemlərə səbəb ola bilər.Bu da körpənin daim narahat olmasına və daha tez-tez ağlamasına səbəb olur.

Dəmirin sorulmasına mane olur (Anemiya riski)

Çay və qəhvədə olan taninlər dəmirin udulmasını azaldır. Ana çox qəhvə içir və kifayət qədər dəmir qəbul etmirsə, ana südündəki dəmir səviyyəsi aşağı düşür. Bu da körpədə anemiya yaradır.

Artan ürək döyüntüləri və titrəmələr

Həddindən artıq kofein qəbulu bəzi körpələrdə ürək döyüntüsünün artmasına və yüngül titrəmələrə səbəb ola bilər.

Yağmur