İsti vanna həvəskarlarına XƏBƏRDARLIQ – Ölə bilərsiniz!

“İsti vanna həvəskarları ürək problemləri ilə üzləşə bilərlər”.

Dec 9, 2025 - 13:30
İsti vanna həvəskarlarına XƏBƏRDARLIQ – Ölə bilərsiniz!

SAVASHMEDİA.az xəbər verir ki, bunu kardioloq Hüqo Faria “Metropoles” nəşrinə müsahibəsində deyib.

Kardioloq bildirib ki, həddindən artıq istilik qan damarlarının genişləndirir:

“Bu hal qan təzyiqinin aşağı düşməsinə səbəb olur. Bu zaman başgicəllənmə, zəiflik, bulanıq görmə və hətta huşun itməsi qeydə alınır”.

Həkim qan təzyiqinin kəskin enməsinin insanlarda koronar dövranı poza, əhəmiyyətli narahatlıq və hətta qəfil ölüm riski yarada biləcəyini qeyd edib.

Kardioloq həmçinin vurğulayıb ki, ürək problemi olan insanlar təkcə isti deyil, soyuq vannalardan da çəkinməlidirlər.

Banu