Muğam ifaçısının atası qəzada öldü - FOTO

Bu gün Zərdabda baş vermiş ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Dec 9, 2025 - 13:21
Muğam ifaçısının atası qəzada öldü - FOTO

Məlumata görə, Zərdabın Kəndəbil kəndində aşaraq qəzaya uğrayan “Prius” markalı avtomobildə ölən sürücünün 6-cı Muğam Festivalının qaliblərindən biri olan muğam ifaçısı Məfdun Məmmədovun atası olduğu müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd olunur ki, qəza zamanı daha bir nəfər xəsarət alıb. (News24.az)