Bu ölkə Birləşmiş Ştatlara 600 milyard dollar sərmayə qoyacaq
Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi krallığın növbəti dörd il ərzində ABŞ-yə 600 milyard dollar sərmayə qoymaq niyyətini açıqlayıb.
SAVASHMEDİA.az bu barədə “Associated Press”ə istinadən xəbər verir.
“Saudi Press Agency” vəliəhd-şahzadə Məhəmməd bin Salmanın Trampla telefon danışığını şərh edərkən yazıb: “Vəliəhd krallığın növbəti dörd il ərzində ABŞ-la sərmayə və ticarəti 600 milyard dollar məbləğinə və ola bilsin ki, daha çox genişləndirmək niyyətini təsdiqləyib”.
Ağ Ev hələlik bu telefon danışığı barədə məlumat yaymayıb.
Neft dövlətinin faktiki lideri olan vəliəhd-şahzadə isə cümə axşamı səhər tezdən ABŞ dövlət katibi Marko Rubio ilə də danışıb.
Qeyd edək ki, andiçmə mərasimindən sonra Tramp, 2017-ci ildə olduğu kimi, ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcəyini istisna etməyib.
Xatirə SADİQ