Bu rayonda 1 gün su olmayacaq - Xəbərdarlıq!

Nərimanov rayonu ərazisində istismar müddəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar başlanan işlər davam etdirilir.

Apr 8, 2025 - 12:59
Bu rayonda 1 gün su olmayacaq - Xəbərdarlıq!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Qeyd edilir ki, bu işlərlə əlaqədar 8 aprel tarixi səhər saatlarından "Montin" yaşayış massivinə aid (Əlövsət Əliyev) bəzi ərazilərdə 9 aprel səhər saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.