“Bu, Rusiya xüsusi xidmət orqanlarının işidir” - Donald Tusk

Polşanın baş naziri Donald Tusk Rusiya xüsusi xidmətlərini 2024-cü ilin mayında Varşavadakı “Marywilska 44” ticarət mərkəzini yandırmaqda ittiham edib.

May 12, 2025 - 13:04
“Bu, Rusiya xüsusi xidmət orqanlarının işidir” - Donald Tusk

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tusk “X” sosial şəbəkəsində yazıb. 

“İndi biz dəqiq bilirik ki, Varşavadakı “Marywilska” ticarət mərkəzində baş verən böyük yanğın Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədilib. Hadisəni törədənlərin bəziləri artıq saxlanılıb, qalanların hamısı müəyyən edilib və axtarılır. Hamınızı tapacağıq!”, - deyə Tusk vurğulayıb.

“Marywilska 44 ticarət mərkəzindəki güclü yanğın 12 may 2024-cü ildə baş verib. Bina tamamilə məhv olub. Yanğınsöndürənlər bildirmişdilər ki, yanğın bir neçə yerdə başlayıb.

Binanın içində 1400-dən çox mağaza və xidmət məntəqəsi var idi. 

Xatirə SADIQ