Rusiyanın yük gəmisi hücuma məruz qalıb?

Rusiyanın “Oboronloqistika” şirkəti Aralıq dənizində batmış “Ursa Major” yük gəmisinin məqsədli terror hücumuna məruz qaldığını bəyan edib. 

Dec 26, 2024 - 12:11
Rusiyanın yük gəmisi hücuma məruz qalıb?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə şirkətə istinadən RİA “Novosti” məlumat yayıb. 

İddia olunur ki, ekipaj üzvləri yük gəmisinin arxa tərəfində üç partlayış səsi eşidildikdən sonra gəminin tez bir zamanda yana əyildiyini  və daha sonra batdığını bildiriblər.

“Oboronloqistika” şirkəti həmçini  iddia edib ki, gəmi həddindən artıq yüklənməmişdi, çünki Sankt-Peterburqdan Vladivostoka 806 ton ağırlığında layihə yükü ilə üzüb.

Şirkət gəmiyə dəqiq kimin və necə hücum edə biləcəyinə aydınlıq gətirməyib. İnsident baş verəndə ispan KİV-ləri və Rusiya XİN-i gəminin maşın bölümündə partlayışın baş verdiyini bildirmişdi. 

Versiyalardan birinə görə, yük gəmisi Suriyadakı Rusiya hərbi bazasının boşaldılmasında iştirak etməli idi. “Oboronlogistika” şirkəti Rusiya Müdafiə Nazirliyinə aiddir. “Ursa Major” Rusiyanın Suriyadakı hərbi bazasının təchizatında iştirak edirdi.  

Xatirə SADİQ