Bu şəxslər əsgərliyə aparılmasın - Milli Məclisdə müzakirə

İki övladı olan şəxslərin hərbi xidmətə aparılmaması təklif olunub.

Dec 20, 2024 - 13:33
Bu şəxslər əsgərliyə aparılmasın - Milli Məclisdə müzakirə

SAVASHMEDİA.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, hazırda üç uşağı olan şəxslər hərbi xidmətə çağırılmırlar:

“Bu məsələ iki uşağı olan şəxslər üçün də keçərli olmalıdır. Düşünün ki, iki uşaq bir il altı ay öz atasını görmür. Onsuz da həmin şəxslərin sayı elə də çox deyil. Gələcəkdə bu məsələyə baxılmalı olduğunu düşünürəm”.

Oğuz