Bayden prezident kimi son xarici səfərini bu ölkəyə edəcək
ABŞ prezidenti Co Bayden hakimiyyətinin son ayı olan yanvar ayında İtaliyaya səfər edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi məlumat yayıb.
Yanvarın 9-dan 12-dək olan səfər zamanı amerikalı prezident Roma Papası Fransisk, İtaliya prezidenti Sercio Matarella və baş nazir Corciya Meloni ilə görüşəcək.
“O, ABŞ-İtaliya münasibətlərinin sarsılmazlığını vurğulamaq üçün İtaliya liderləri ilə görüşəcək, son bir ildə G7-də güclü rəhbərliyinə görə baş nazir Meloniyə təşəkkür edəcək və dünyanın üzləşdiyi mühüm çağırışları müzakirə edəcək”, - deyə mətbuzt katibinin bəyanatında bildirilib.
“Associated Press” qeyd edib ki, ABŞ prezidentliyinin son mərhələsində belə xarici səfərlər tipik deyil.
Xatirə SADİQ