"Bu, tam bir axmaqlıqdır" - Putin
Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının Rusiya istehsalı olan mineral gübrələrdən imtinasını "tam bir axmaqlıq" adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Putin bunu Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının rəhbəri Andrey Quryevlə görüşündə deyib.
"Bu, son nəticədə Avropada ərzaq qiymətlərinə mənfi təsir edəcək", - Putin bildirib.
Xatırladaq ki, Aİ-nin gübrə bazarının üçdə birinin Rusiya idxalından asılı olmasına baxmayaraq, Avropa İttifaqı Rusiya gübrələrinə əhəmiyyətli rüsumlar tətbiq edib.
Yağmur