Bu tarixdə güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

May 17, 2025 - 14:18
May 17, 2025 - 14:50
Bu tarixdə güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətindən SAVASHMEDİA.az-a verilən məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qobustan, Qusar, Neftçala, Salyan, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik, Astara, Masallı, Lənkəranda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.