İmamoğlunun əleyhinə ifadə verib azad olmaq istədi, amma... - "Məni yanında zorla saxlayırdı"

Korrupsiya istintaqı çərçivəsində saxlanılan İBB sədri Əkrəm İmamoğlunun müşaviri və İBB Məclis İştirak Komissiyasının üzvü Ertan Yıldız peşmanlıq qanunundan yararlanmaq üçün ərizə verib.

May 17, 2025 - 14:01
İmamoğlunun əleyhinə ifadə verib azad olmaq istədi, amma... - "Məni yanında zorla saxlayırdı"

SAVASHMEDİA.az xəbər verir ki, E.Yıldız verdiyi ifadədə tenderlər qarşılığında şirkətlərdən bəzi tələblərin edildiyini bildirib. 

Rüşvət iddiaları ilə bağlı isə “eşitmişəm”, “elə düşünürəm”, “məncə, elə olub” kimi ifadələrdən istifadə edib. 

Yıldız ifadəsində İmamoğlu ilə necə tanış olduğundan da bəhs edib. Bildirib ki, onlar 2014-cü ildə İmamoğlu Beylikdüzünün bələdiyyə başqanı seçiləndən sonra tanış olublar. Yıldız həmin vaxt İstanbulspor Beylikdüzü adlı basketbol klubunun meneceri olub. 2018-ci ildə İmamoğlu ona görüş təklif edib. Görüşdə İBB başqanlığına namizəd olacağını, seçilərsə, E. Yıldızla  birgə işləmək istədiyini bildirib. E.Yıldız isə sırf mənəvi hisslərlə onunla işləməyi qəbul edib. Məqsədi isə xalqa xidmət olub.

Ertan Yıldız

E.Yıldız İBB-dəki sistemə qarışmadığını, işini vicdanla gördüyünü və buna görə də təzyiqlərə məruz qaldığını iddia edib:

“Tenderlərə və maliyyə məsələlərinə heç bir şəkildə daxil olmamışam. Bu məsələlərə Murat Ongun, Resul Emrah Şahan və Fatih Keleş baxırdı”.

O, “Capacity” adlı alışveriş mərkəzindən 5 milyon rüşvət istəməsi iddialarını da rədd edib. Yıldız iddia edib ki, Ə.İmamoğlu onu zorla yanında saxlayıb və işdən çıxmasına icazə verməyərək bir yerdən başqa yerə təyin edib. 

Prokurorluq Ertan Yıldızın ifadəsini yetərli görmədiyi üçün vəsatəti rədd edib. Yıldız yenidən Kandıra həbsxanasına göndərilib.

Banu