Bu yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Dec 28, 2025 - 13:50
Bu yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətindən SAVASHMEDİA.az-a verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.