Cəlilabadda 62 yaşlı qadın qaynı tərəfindən öldürüldü 

Cəlilabadda 62 yaşlı qadın qətlə yetirilib.

Aug 16, 2025 - 11:35
Cəlilabadda 62 yaşlı qadın qaynı tərəfindən öldürüldü 

SAVASHMEDİA.az xəbər verir ki, rayonun Alar kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovanı qaynı Təhmasib Tərxan oğlu Əliyevin öldürdüyü bildirilir.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Ailədaxili münaqişə zəminində qətl törədən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.