Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanan komandalar - SİYAHI

UEFA Çempionlar Liqasında (ÇL) əsas mərhələyə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Aug 28, 2025 - 02:24
Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanan komandalar - SİYAHI

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da ən güclülərin yer aldığı nüfuzlu turnirdə mübarizə aparacaq. Ağdamı təmsil edən komanda 4-cü səbətdə yer alıb. Turnirin reqlamentinə görə, püşkdə "Qarabağ" 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 rəqiblə qarşılaşacaq.

ÇL-in əsas mərhələsinin püşkatma mərasimi avqustun 28-də Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Əsas mərhələdə 36 komanda mübarizə aparacaq.

I səbət

PSJ (Fransa), “Real Madrid” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya)

II səbət

“Arsenal” (İngiltərə), “Bayer” (Almaniya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt” (Almaniya), “Brügge” (Belçika)

III səbət

“Tottenhem” (İngiltərə), “PSV Eyndhoven” (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Bodo-Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Marsel” (Fransa)

IV səbət

“Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Yunion” (Belçika), “Atletik” (İspaniya), “Nyukasl” (İngiltərə), “QARABAĞ” (AZƏRBAYCAN), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan).