Yuri Vernidub "Neftçi"də oğluna da iş tapdı

"Neftçi"nin yeni baş məşqçi Yuri Vernidub köməkçiləri arasında vəzifə bölgüsü aparıb.

Dec 19, 2025 - 12:25
Yuri Vernidub "Neftçi"də oğluna da iş tapdı

SAVASHMEDİA.az xəbər verir ki, ukraynalı çalışdırıcı oğlu Vitali Verniduba da yanında iş verib. 

Belə ki, vaxtilə "Qəbələ"nin formasını geyinmiş, son 2 ildə isə atasıyla bərabər çalışan V.Vernidub artıq həm müdafiəçilərin, həm də qapıçıların hazırlığına cavabdehdir.

Xatırladaq ki, Yuri Vernidub “Neftçi”nin baş məşqçisi vəzifəsinə  bu ayın 9-da təyin edilib. Ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Oğuz