Ceyms Devid Vensdən Dudanın təklifinə reaksiya – “Şoka düşərdim...”
“Əgər prezident Donald Tramp Amerika nüvə silahlarını Avropanın daha da şərqinə daşımaq qərarına gəlsə, şoka düşərdim”.
SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalının efirində deyib.
Polşa prezidenti Anjey Dudanın ABŞ-nin Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün Polşa ərazisində Amerika nüvə silahlarını yerləşdirməyə çağırışını Ceyms Devid Vens bülə şərh edib:
“Mən prezidentlə bu məsələ ilə bağlı danışmamışam. Lakin o, nüvə silahlarının daha şərqdə Avropaya yayılmasını dəstəkləsəydi, şoka düşərdim”.
Xatirə SADİQ