CHP sədri Kılıçdaroğluya görə Ərdoğana son xəbərdarlığını etdi - "Sus! Səni peşman edərəm" + VİDEO
CHP lideri Özgür Özəl prezident Ərdoğanın məzhəb vurğusu edərək “Kılıçdaroğlunun Əsədi sevməsinin səbəbi başqadır” sözlərinə sərt cavab verib.
SAVASHMEDİA.az-ın məlumatına görə, Özəl Ərdoğanın çox təhlükəli bir işə girişdiyini vurğulayaraq ona son xəbərdarlığını edib:
"Bu barədə bir daha kəlmə danışsan, səni tarixdə görülməmiş şəkildə məhv edəcəyəm. Buradan Ərdoğanın gözünün içinə baxaraq söyləyirəm: sus! Bu həyasızlığa, bu gərəksiz şəxsi maraqlara son verilsin. Bundan sonra bu mövzudakı sükutunu üzrxahlıq kimi qəbul edəcəm, yox, əgər yenə danışacaqsa, onu peşman edəcəyəm".
Oğuz