Co Bayden Ukraynanın borclarını silmək niyyətindədir – Dövlət Departamenti

Co Bayden administrasiyası Ukraynanın iqtisadi yardım borcunun yarısını –  təxminən 4,65 milyard dolları silmək niyyəti ilə əlaqədar Konqresə müraciət edib. 

Nov 21, 2024 - 12:35
Co Bayden Ukraynanın borclarını silmək niyyətindədir – Dövlət Departamenti

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyü Miller brifinqdə deyib.

“Ukraynaya verilən iqtisadi yardım üçün bu kreditləri ləğv etmək üçün qanunda yazılmış bir addım atdıq və indi Konqres bunu qəbul edə bilər”, - deyə Miller vurğulayıb.

Ağ Ev qərar barədə Konqresə məlumat verdikdən sonra qanunvericilər buna etiraz edən qətnamə qəbul edə bilərlər. 

Lakin Miller bunun baş verməyəcəyinə inandığını söyləyib.

Qeyd edək ki, Konqresə təqdim edilən sənəd Co Baydenə 2024-cü ilin aprelində Kiyevə verilən kreditin 50%-ni bağışlamaq səlahiyyəti verir. Sənəddə nəzərdə tutulur ki, 2024-cü il noyabrın 15-dən – prezident seçkilərindən bir həftə sonra – hazırkı dövlət başçısı bu kreditin 50%-ə qədərini, onun xələfi isə yanvarın 1-də qalan 50%-i bağışlaya bilər.

Xatirə SADİQ